Zaqatalada məhbusun gizlətdiyi silah tapıldı

Zaqatalada məhbusun gizlətdiyi silah tapıldı
  13 Oktyabr 2018    Oxunub:3212
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a bildiriblər ki, Xidmətin və Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə altı il müddətinə azadlıqdan məhrum edilmiş Mahmudov Qılman Rüfət oğlunun həbs edilməmişdən əvvəl yaşadığı Zaqatala rayonunun Çardaxlar kəndindəki evin həyətində, ot tayasının altında torpağa basdırılmış tüfəng aşkarlanaraq götürülüb.

Fakt üzrə Zaqatala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Məhkum   Silah  





Xəbər lenti