Şabranda ova gedən oğlan özünü güllələdi

  13 Oktyabr 2018    Oxunub : 2854
Şabranda ova gedən oğlan özünü güllələdi
Şabran rayonunda ov etmək istəyən gənc oğlan ehtiyatsızlıqdan özünü güllələyib.
Rayonun 2000-ci il təvəllüdlü Zeyvə kənd sakini Mahir Şıxəliyev tüfəngdən atəş açarkən güllə naməlum səbəbdən onun baş nahiyəsinə dəyib.

Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M.Şıxəliyev bir müddətdən sonra orada dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumata görə, meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. (Report)

AzVision.az

Teqlər: Şabran