ETSN: Sürüşmə ərazisində dəyişiklik qeydə alınmayıb

ETSN: Sürüşmə ərazisində dəyişiklik qeydə alınmayıb
  14 Oktyabr 2018    Oxunub:3801
Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan AzVision.az-a verilən məlumata görə, son 12 saatda sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb.

Qeyd edək ki, Badamdar 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.

AzVision.az


Teqlər: ETSN   Sürüşmə  





Xəbər lenti