Hacıqabulda “Shacman”la “KamAZ” toqquşub

Hacıqabulda “Shacman”la “KamAZ” toqquşub
  14 Oktyabr 2018    Oxunub:6432
Hacıqabul rayonunda ağır yol qəzası baş verib.
AzVision.az FHN-' istinadən xəbər verir ki, "Shacman" və “KamAZ” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Shacman" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti