İçində 9 min manat olan “KİA” yandırılıb

İçində 9 min manat olan “KİA” yandırılıb
  15 Oktyabr 2018    Oxunub:2887
Oktyabrın 14-nə keçən gecə Neftçala şəhəri ərazisində Bakı şəhər sakini F.Eynullayevin içərisində 9000 manat pulu olan “KİA” markalı avtomobilin yandırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, faktla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun şəhər sakini İbrahim Muradov olduğu məlum olub. RPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti