Maşınla vurulan piyada xəstəxanada öldü

Maşınla vurulan piyada xəstəxanada öldü
  15 Oktyabr 2018    Oxunub:2776
Ağcabədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən AzVision.az-a verilən məlumata görə, oktyabrın 14-də saat 19 radələrində Ağcabədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Aşağı Avşar kənd sakini Əlvan Rüstəmov vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzVision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti