Xəzərdə icazəsiz balıq ovlayan şəxs saxlanılıb

Xəzərdə icazəsiz balıq ovlayan şəxs saxlanılıb
  16 Oktyabr 2018    Oxunub:2783
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Zirə qəsəbəsinin sahil zonasında icazəsiz balıq ovlayan şəxs saxlanılıb.
Nazirliyin Mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, araşdırma zamanı ov edən şəxsin Qax rayon sakini Vüqar Məmmədov olduğu müəyyən edilib. Ondan ovladığı balıqlar və ov alətləri götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyerə 429 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

AzVision.az


Teqlər: ETSN   Balıq  





Xəbər lenti