Maşınla vurulan piyada xəstəxanada öldü

Maşınla vurulan piyada xəstəxanada öldü
  16 Oktyabr 2018    Oxunub:2963
Oktyabrın 15-də saat 20 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramal Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Vitaliy Anaşkini vurub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti