Xaçmazda “KamAZ” “VAZ”la toqquşub

Xaçmazda “KamAZ” “VAZ”la toqquşub
  17 Oktyabr 2018    Oxunub:3144
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda “KamAZ” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti