Qəbələdə yanan ərəblərin vəziyyəti normaldır - Baş həkim

Qəbələdə yanan ərəblərin vəziyyəti normaldır - Baş həkim
  17 Oktyabr 2018    Oxunub:2911
Respublika Yanıq Mərkəzinə yerləşdirilən iki Suriyalı vətəndaşın vəziyyəti hazırda normaldır.
Bunu AzVision.az-a açıqlamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib. Onun sözlərinə görə, ərəblərin müalicələri davam edir.

“Onlar reanimasiyadadırlar və vəziyyətləri yaxşıdır. Hələ müalicələri davam edir və bir müddət Mərkəzdə qalacaqlar”.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində suriyalı turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Yanıq-Mərkəzi   Turist   Yanğın  





Xəbər lenti