Lənkəranda oğru qadın tutuldu

Lənkəranda oğru qadın tutuldu
  17 Oktyabr 2018    Oxunub:2818
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə oktyabrın 8-də Gərmətük qəsəbə sakini olan azyaşlı qızın qulağındakı bir cüt qızıl sırğasının naməlum qadın tərəfindən açıq talama yolu ilə alınması barədə müraciət daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.İsmayılova qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Lənkəran  





Xəbər lenti