Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu
  17 Oktyabr 2018    Oxunub:2641
Oktyabrın 16-da saat 12 radələrində Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini – azyaşlı Mirəziz Camalzadə vurulub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə azyaşlıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-2103” markalı avtomobilin sürücüsü, Astara şəhər sakini İskəndər İsayev saxlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Piyada   Qəza  





Xəbər lenti