Keçmiş məhkum 3 evdən oğurluq edib

Keçmiş məhkum 3 evdən oğurluq edib
  17 Oktyabr 2018    Oxunub:3446
Kriminalistik Tədqiqatlar İdarəsi və Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-dan oktyabrın 11-dək olan müddətdə rayon ərazisindəki 3 evdən qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Hüseynov saxlanılıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti