Sumqayıt sakini 7 nəfərə 34 min pul "atıb"

Sumqayıt sakini 7 nəfərə 34 min pul "atıb"
  17 Oktyabr 2018    Oxunub:3676
Oktyabrın 13-də Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən şəhər sakini olan 3 nəfər cari ilin sentyabr ayında həmyerliləri Cəmaləddin adlı şəxs tərəfindən aldadılaraq ümumilikdə 15.700 manat pullarının alındığını bildiriblər.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalarla həmin şəxsin Sumqayıt şəhər sakini Cəmaləddin Məhərrəmov olduğu və onun cari ilin iyun ayından oktyabr ayının 5-dək olan müddətdə şəhər sakini olan daha 4 nəfəri aldadaraq ümumilikdə 18.600 manat pullarını aldığı da məyyən edilib. C.Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti