Əziz Qaralov: Sürüşmə zonasında gərginlik artıb

Əziz Qaralov: Sürüşmə zonasında gərginlik artıb
  17 Oktyabr 2018    Oxunub:1297
"Badamdar şossesində baş verən sürüşmə zonasında aktivliyin dayanma vaxtı bilinmir".
AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, gün ərzində müşahidələr davam etdirilir: "Dünən sürüşmənin sağ və sol hissəsində xırda çatlar əmələ gəlmişdi. Sol qanaddakı çat genişlənib və gərginlik artıb. Axşam saatlarında yağış yağdı, torpaq kütləsi ağırlaşdı və üzərində uçqunlar baş verdi. Hazırda proses davam edir".

Ə.Qaralov, həmçinin qeyd edib ki, kütlənin gərginliyi çıxana və torpaq qatı yerini alana kimi proses davam edəcək: "Yaxın bir- iki ayda prosses başa çata bilər. Evlərdə yox, hasarların divarlarında çatlar var. Mayaklar qoyulub".

Aytən Zəhra
AzVision.az



Teqlər: ETSN   Badamdar   sürüşmə  





Xəbər lenti