Bakıda 50 yaşlı qadın itkin düşüb

Bakıda 50 yaşlı qadın itkin düşüb
  17 Oktyabr 2018    Oxunub:2920
Paytaxtda 50 yaşlı qadın itkin düşüb.
Azvision Trend-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.

Belə ki, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 523-cü məhəllə, ev 47-də yaşayan, 1968-ci il təvəllüdlü Bəşirova Zülfiyyə Vəlibəy qızı oktyabrın 7-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsində araşdırmalara başlanılıb.

Azvision


Teqlər: Yasamal   Qadın   İtkin  





Xəbər lenti