Gəncə və Abşeronda yanğın olub

Gəncə və Abşeronda yanğın olub
  18 Oktyabr 2018    Oxunub:2573
Abşeron rayonunda ümumi sahəsi 30 m2 olan dəmir konstruksiyadan ibarət tikilinin taxta üzlüyü və yaxınlıqda 2 m3 taxta materialları yanıb.
Azvision FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gəncə şəhərində isə ümumi sahəsi 50 m2 olan tikilinin (fəaliyyət göstərməyən çay evi) giriş qapısı və içərisində avtomobil təkəri yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision


Teqlər: Yanğın   FHN  





Xəbər lenti