Bakı metrosunda problem yaranıb - (VİDEO)

 
 Bakı metrosunda problem yaranıb - (VİDEO)
  23 Oktyabr 2018    Oxunub:2730
Bakı metrosunda qatarların hərəkətində gecikmə olub.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azvision.az-a bildirib ki, "Neftçilər" stansiyasında qatar dalandan çıxarkən nasazlıq yaranıb.
"Saat 07: 50-də "Neftçilər" stansiyasında 38-ci marşrut üzrə hərəkətdə olan, dalandan çıxan qatarda texniki problem yaranıb. Nəticədə qatar xəttə 5 dəqiqədən sonra çıxıb. Bu səbəbdən digər qatarların intervalında 7-9 dəqiqə gecikmə yaranıb".



B. Məmmədov qeyd edib ki, hazırda qatarların hərəkətində və intervalda heç bir problem yoxdur.

Aytən Zəhra
Azvision.az



Teqlər: Metro   Qatar  





Xəbər lenti