Nazirlər Kabinetinin saytı rus dilində

Hazırda saytda müntəzəm olaraq Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun iştirakı ilə keçirilən qəbullar və görüşlər, rəsmi tədbirlər, imzalanmış qərarlar, Nazirlər Kabinetinin iclasları haqqında operativ məlumatlar, tədbirlərdən fotoşəkillər və digər informasiyalar yerləşdirilir.
Həmçinin bütün bunlar barədə indi “Twitter” sosial şəbəkəsindən də operativ məlumat əldə etmək mümkündür. Hazırda Nazirlər Kabinetinin “Twitter” səhifəsindən (@AzerbaijanNK3) dildə - Azərbaycan, rus və ingilis dillərində paylaşımlar edilir.
Azvision.az
Teqlər: Nazirlər-Kabineti