Maşınlardan oğurluq edənlər saxlanıldı
Onların oktyabrın 22-nə keçən gecə Xətai rayonu ərazisində Bakı şəhər sakini Z.Cəfərovun “Nissan” markalı avtomobilindən də eyni üsulla avtomobilin sənədini, sürücülük və şəxsiyyət vəsiqələrini oğurlamaları da müəyyən edilib. 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini M.Həsənovun “VAZ-2104” markalı avtomobilindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Zaur İbrahimov saxlanılıb.
Oğurluq etdiyinə görə tutulmuş Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədsurinin ətrafında 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 14-də Bülbül prospektində Lənkəran rayon sakini E.Həsənzadənin “Daewoo” markalı avtomobilindən mobil telefon oğurlaması da müəyyən edilib. Araşdırmalar aparılır.
Azvision.az