Parlamentdə iki komitəyə sədr müavini seçiləcək

Parlamentdə iki komitəyə sədr müavini seçiləcək
  24 Oktyabr 2018    Oxunub:983
Parlamentin oktyabrın 30-da keçiriləcək plenar iclasında iki komitəyə sədr müavini seçiləcək.
Azvision.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Çingiz Qənizadənin, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun namizədliyi irəli sürülüb.

Plenar iclasda hər iki deputatın namizədliyi müzakirə olunacaq və səsverməyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   Komitə  





Xəbər lenti