"Azərbaycanın dəstəyinə güvənirik" - BMT rəsmisi

  24 Oktyabr 2018    Oxunub : 482
"Azərbaycanın dəstəyinə güvənirik" - BMT rəsmisi
“Bu gün 73 il öncə əsası qoyulmuş Birləşmiş Millətlər Təşkilatının Günüdür. Bu bizə BMT-nin Azərbaycan hökuməti və xalqı ilə əməkdaşlığının 26 ilini qeyd etmək və Azərbaycanın inkişafı və rifahı üçün gördüyü işlər haqqında danışmaq imkanı verir”
Azvision.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib. Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra BMT-nin dəyərli və fəal üzvü olub:

“Biz, daha yaxşı və güclü BMT naminə Azərbaycanın davamlı dəstəyinə güvənirik. BMT, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycanın fəaliyyətini dəstəkləməyə davam edəcək. Sabah keçiriləcək DİM Forumu bu dayanıqlı inkişaf gündəliyinin icrasında tərəfdaşlığımız və birgə işimizin bariz nümunəsidir.

Gəlin, BMT-nin Azərbaycanda və dünyadakı dəyərini, vəzifəsini və işini birlikdə təqdir edək. BMT-nin bizə, bizim isə BMT-yə ehtiyacımız var!”.

Azvision.az

Teqlər: BMT   Azərbaycan