Biləsuvarda brakonyerlər saxlanılıb

Biləsuvarda brakonyerlər saxlanılıb
  24 Oktyabr 2018    Oxunub:1125
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Biləsuvar rayonunda icazəsiz ov edən şəxsləri saxlayıblar.
Nazirliyin mətbuat xidmətindən Azvision.az-a bildiriblər ki, araşdırma zamanı brakonyerlərin rayon sakinləri Vaqif Əliyev və Rauf Əliyev olduğu müəyyənləşib. Onlardan iki ov tüfəngi və ovlanmış cürə quşu götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinə əsasən, ümumilikdə, 2005 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti