Əcnəbi məzunların assosiasiyası təqdim olundu

Əcnəbi məzunların assosiasiyası təqdim olundu
  26 Oktyabr 2018    Oxunub:1138
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi 8 sentyabr 2018-ci ildə yaradılan və tarixdə ilk dəfə olaraq, Azərbaycada təhsil almış əcnəbiləri bir araya gətirən "Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası"nın təqdimatını keçirib.
Azvision.az xəbər verir ki, təqdimat VI Bakı Beynəlxalq Humanitar Formu çərçivəsində ADA Universitetində keçirilən "Gələcəyimizə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru" mövzusunda dəyirmi masanın yekununda baş tutub.

Bildirilib ki, Azərbaycanda təhsil almış əcnəbi məzunlar tərəfindən daxil olmuş çoxsaylı müraciətlər əsasında yaradılan təşkilatın təsisçiləri ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dillər Universitetidir.

Qeyd olunub ki, assosiasiyanın yaradılmasında əsas məqsəd Azərbaycanda təhsil almış əcnəbi vətəndaşların bir araya gətirilməsi, əcnəbi təıəbələr və təhsil aldıqları universitetlər arasında qarşılıqlı əlaqə yaradılması, maraqlı şəxslər və təşkilatların əcnəbi məzunlarla əməkdaşlığa cəlb olunması, ictimai faydalı məqsədlərə nail olunmasıdır.

Əlavə edək ki, Asossasiyanın tərəfdaşları qismində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi çıxış edir.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Forum  





Xəbər lenti