Quba sakini həmyerlisini bıçaqlayıb

Quba sakini həmyerlisini bıçaqlayıb
  29 Oktyabr 2018    Oxunub:2756
Oktyabrın 27-də Quba şəhər sakini Səxavət Hüseynovun sağ qabırğanın alt nahiyyəsindən aldığı xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə polisə məlumat daxil olub. Yaralı şəxs dərhal əməliyyat olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Azvision.az-a verilən məlumata görə, polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Bəhram Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

B.Cəfərov törətdiyi əməli etiraf edərək, Səxavət Hüseynova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib. Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN  



Xəbər lenti