Ölkə başçısı əlcəzairli həmkarını təbrik edib

Ölkə başçısı əlcəzairli həmkarını təbrik edib
  31 Oktyabr 2018    Oxunub:1243
Prezident İlham Əliyev Əlcəzair Prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu göndərib.
Azvision.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – İnqilab Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və firavanlıq arzulayıram"

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti