Komitə sədri Kaliforniyada azərbaycanlılarla görüşüb
Nümayəndə heyətinin rəhbəri, Dövlət Komitəsinin sədri Fuad Muradov isə çıxış edərək Azərbaycan dövlətinin diaspor siyasətinin əsas istiqamətlərini, gözləntilərini və hədəflərini diqqətə çatdırıb. Dövlət Komitəsinin rəhbəri, eyni zamanda son 7 ayda Azərbaycan diaspor nümayəndələri ilə görüşlər, görülən işlər barədə danışıb. Azərbaycanlıların Koordinasiya Şuraları haqqında söz açan Dövlət Komitəsinin sədri ayrı-ayrı dövlətlərin diaspor siyasəti ilə məşğul olan dövlət qurumları ilə əməkdaşlıq, ölkəmizə dost xalqların diaspor rəhbərləri ilə görüşlər, milli-mədəni irsimizin və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlər, eləcə də Komitənin gələcək planları barədə geniş məlumat verib.
Görüş zamanı soydaşlarımızı maraqlandırılan suallar cavablandırılıb, onları narahat edən məsələlər və diaspor fəaliyyəti ilə bağlı təklifləri dinlənilib. ABŞ-da yaşayan həmyerlilərimizin daha səmərəli fəaliyyət istiqamətləri müzakirə olunaraq müvafiq razılaşmalar əldə edilib.
Azvision.az
Teqlər: Fuad-Muradov KAliforniya