Ramiz Mehdiyev və Fuad Ələsgərov Moskvada MDB-nin tədbirində - FOTOLAR

Ramiz Mehdiyev və Fuad Ələsgərov Moskvada MDB-nin tədbirində -  FOTOLAR
  21 Noyabr 2018    Oxunub:5911
Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir.
İclasda Azərbaycanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov təmsil edir. Təhlükəsizlik şuralarının katibləri terrorçuluq fəaliyyətinin maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə üzrə birgə işin istiqamətlərini müzakirə edirlər. Görüşün gündəliyinə MDB məkanında regional təhlükəsizliyin təmin edilməsi, təhlükəsizlik şuraları xətti ilə beynəlxalq əməkdaşlıq sahəsində digər aktual məsələlər də daxil edilib.



Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev görüşdə çıxış edərək deyib ki, gündəliyə MDB üzvü olan dövlətlər üçün ümumi xarakter daşıyan və qarşılıqlı maraq doğuran təhlükə və çağırışlarla bağlı problemlər daxildir. N.Patruşev vurğulayıb ki, 2017-ci ildə belə bir görüş keçiriləndən bəri MDB ölkələri Əfqanıstan-Pakistan sərhədində və Yaxın Şərqdə “İslam dövləti”, “Əl-Qaidə” və onlarla affilə edilmiş strukturlar ətrafında yaranmış vəziyyət barədə analitik informasiya mübadiləsi aparıblar.



Mərkəzi Asiyada regional tərəfdaşlıq mövzusunun müzakirə edilməsi üçün BMT Təhlükəsizlik Şurası məkanında MDB xarici işlər nazirlərinin görüşləri keçirilib. Antiterroryönümlü komanda-qərargah və praktiki təlimlərin gedişində beynəlxalq terror təşkilatları üzvlərinin fəaliyyətinin qarşısını almaq üzrə birgə tədbirlər sınaqdan keçirilib. Hərbi-texniki əməkdaşlıq daha da inkişaf etdirilir. Görüşdə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, KTMT-nin Baş katibi səlahiyyətlərini icra edən Valeri Semerikov, MDB üzvü olan dövlətlərin təhlükəsizlik şuralarının, nazirlik, idarə və elmi təşkilatlarının nümayəndələri iştirak edirlər.

**

Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin sayca 6-cı illik görüşü keçirilir. Azvision.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatında deyilir.

Görüşdə Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də iştirak edir.

“Təhlükəsizlik Şuralarının katibləri terror fəaliyyətlərinin maliyyələşdirilməsinin qarşını almaq üzrə birgə iş, o cümlədən də cinayətkar yollarla əldə olunan gəlirlərin qanuniləşdirilməsinə qarşı mübarizə istiqamətlərini müzakirə edirlər. Müzakirələrin gündəliyinə həmçinin, MDB məkanında regional təhlükəsizliyin təmin edilməsinin digər aktual məsələləri, Təhlükəsizlik Şuraları xətti ilə beynəlxalq əməkdaşlıq mövzusu daxildir ” – məlumatda qeyd olunub.

İclası açan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev vurğulayıb ki, görüşün gündəliyi MDB-yə üzv dövlətlər üçün ümumi təhdid və çağırışlarla bağlı problemləri ehtiva edir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Rusiya   MDB  





Xəbər lenti