İstirahət günü hava necə olacaq? - Proqnoz
Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın maksimal temperaturu 8-11, dağlıq rayonlarda 4-7 dərəcə isti təşkil edəcək. Aran rayonlarında arabir yağış yağacağı gözlənilir. Noyabrın 25-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-nın bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Noyabrın 24-də gündüz, 25-də əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə isə çatdırılır ki,hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Noyabrın 24-də gündüz mülayim şimal-qərb küləyi 25-də arabir güclənən cənub küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 9-12 dərəcə isti təşkil edəcək.
Azvision.az