Valeri Ulyanişşevin 120 illiyi qeyd olunacaq
Akademik Valeri Ulyanişşev Azərbaycanın mikroflorasına dair fundamental araşdırmaları və bu sahədə mühüm nailiyyətləri ilə respublikada biologiya elminin aktual problemlərinin öyrənilməsinə, eləcə də kənd təsərrüfatı üçün böyük əhəmiyyətə malik bir sıra məsələlərin həllinə sanballı töhfələr verib.
Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası akademik Valeri Ulyanişşevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Azvision.az