Azərbaycan Milli Platforması Tiflis forumu ilə bağlı bəyanat verdi

  25 Noyabr 2018    Oxunub : 1964
Azərbaycan Milli Platforması Tiflis forumu ilə bağlı bəyanat verdi
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının üzvləri 10-12 dekabr 2018-ci il tarixlərində Tiflis şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 10-cu İllik Assambleyasının Qətnamə layihəsinə dair bəyanat veriblər.
Azvision.az bəyanatı təqdim edir:

"Biz, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (ŞT VCF) Azərbaycan Milli Platformasının üzvləri, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 10-cu İllik Assambleyasının Qətnamə layihəsinin Azərbaycan mətbuatında geniş müzakirəsindən sonra, aşağıdakı məsələlərə dair mövqeyimizə aydınlığın gətirilməsinə ehtiyacın olduğunu hesab edirik.

Biz, ŞT VCF-nin bütün ŞT dövlətlərinin vətəndaş cəmiyyətlərində Avropa cəmiyyətinə inteqrasiya prosesini gücləndirən demokratiyanın, qanunun aliliyinin və davamlı inkişafın möhkəmləndirilməsində oynadığı rolunu dəyərləndiririk.

Biz, Ermənistanın və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirməklə hər iki ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh gündəmlərinin irəliləməsinə yardımın göstərilməsi məsələsində ŞT VCF-nin müsbət rolunu tanıyırıq, lakin Qətnamə layihəsi bütün ŞT dövlətlərinin ərazi bütövlüyü məsələlərinin vacibliyinin göstərilməsini təmin edə bilməmişdir. Bu mövqe, Belçikanın Brüssel şəhərində 24 noyabr 2017-ci il tarixdə baş tutmuş Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində vurğulanmışdır: "Avropa İttifaqı bütün tərəfdaşlarının ərazi bütövlüyüni, müstəqilliyini və suverenliyini dəstəkləməkdə davam edir".

Azərbaycan Milli Platforması, həmçinin, Azərbaycan hökumətinin nümayəndələrinin dəvət olunanlar siyahısında olmaması ilə əlaqədar da narahatdır. O, Forumda Azərbaycan hökumətinin nümayəndələrinin fəal iştirakını görmək istəyir və Forumu, Gürcüstan hökumətini və Aİ-ni ən qısa müddətdə dəvətnamələri hazırlamağa çağırır.

Azərbaycan Milli Platforması bir daha ŞT VCF-nin gördüyü işlərə dəyər verdiyini qeyd edir. Eyni zamanda, Azərbaycan hökumətinin və vətəndaş cəmiyyətinin ölkə üçün həssas bir məsələ olaraq qalan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir-birini tamamlayan ifadələr hazırladıqlarını diqqətə çatdırmaq istəyir. Dağlıq Qarabağ münaqişəsinin Qətnamə layihəsi kontekstində qeyd edilməsi ŞT VCF-nin reputasiyasına geniş azərbaycanlı icmasının gözündə zərər vurur.

Biz, həmçinin xatırlatmaq istərdi ki, VCF-nin əsas məqsədi xalqlarımızın maraqlarına uyğun olaraq Şərq Tərəfdaşlığının üzv ölkələrinin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı əməkdaşlıq və anlaşma qurmaqdır. Təəssüf ki, VCF platforması çərçivəsində belə bir Qətnamə layihəsinin qəbul edilməsi Azərbaycan hökuməti və ictimaiyyət nümayəndələrinin narazılığına səbəb olacaq və Forumun nüfuzuna zərər vuracaq.

23 noyabr 2018 Bakı, Azərbaycan"

Azvision.az

Teqlər: