Əflatun Amaşov və Asəf Hacıyev İrəvanda məsciddə - FOTOLAR

  29 Noyabr 2018    Oxunub : 3926
Əflatun Amaşov və Asəf Hacıyev İrəvanda məsciddə - FOTOLAR
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin iclasında iştirak etmək üçün Ermənistana gedən Azərbaycan nümayəndə heyətinin üzvləri İrəvandakı tarixi memarlıq abidəmiz olan Göy Məscidə baş çəkiblər.
AzVision.az xəbər verir ki, bu barədə millət vəkili Əflatun Amaşov məlumat yayıb.

Göy Məscidin fotolarını paylaşan Ə. Amaşov yazıb: “Azərbaycanın memarlıq abidələrindən sayılan Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Uzun onilliklər boyu yerli azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri olub. Zaman ötdükcə başına cox bəlalar gəlib: 24 metrlik 4 minarəsinin 3-ü sökülüb, müxtəlif illərdə planetariyaya, məktəbə çevrilib, 2 dəfə yandırılıb. Və nəhayət, İran tərəfindən bərpa edilib, hazırda İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən biri hesab edilir”.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinə millət vəkilləri Eldar Quliyev və Əflatun Amaşov daxildir. QDİƏT-nın baş katibi Asəf Hacıyev də iclasda iştirak üçün İrəvanda səfərdədir.





Azvision.az

Teqlər: İrəvan   Göy-Məscid   Deputatlar   Səfər