Komitə sədri vətəndaşları qəbul edib

  01 Dekabr 2018    Oxunub : 1234
Komitə sədri vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Sumqayıt şəhərində vətəndaşları qəbul edib.
Bu barədə Azvision.az- a Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Qeyd edilib ki, Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda bölgədə yerləşən və aidiyyəti rayonların - Sumqayıt şəhəri, Abşeron, Xızı, SiyəzənQubadlı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Bildirilib ki, qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Azvision.az

Teqlər: DGK