Miqrasiya Xidmətinə noyabrda 7171 zəng daxil olub

Miqrasiya Xidmətinə noyabrda 7171 zəng daxil olub
  05 Dekabr 2018    Oxunub:1591
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə carı ilin noyabr ayı ərzində 7171 zəng daxil olub.
Xidmətdən Azvision.az-a verilən xəbərə görə, onlardan 6413-i azərbaycan, 678-i rus, 80-i isə ingilis dilində cavablandırılıb. Qəbul edilən zənglərin 1970 müvəqqəti yaşama icazəsi , 739-u vətəndaşlıq məsələləri, 643-ü olduğu yer üzrə qeydiyyat, 495-i daimi yaşama icazəsi, 443-ü iş icazələri, 308-i inzibatı xəta, 2573-ü digər məsələlər ilə əlaqədar olub.

Ay ərzində 104 zəng sifarişi daxil olub. Daxil olmuş zəng sifarışləri ilə əks əlaqə yaradılıb və qanunvericiliyə müvafiq qaydada suallar cavablandırılıb.

Azvision.az



Teqlər: DMX   Çağrı  





Xəbər lenti