Sumqayıt YAP-çıları Ulu Öndəri anıblar

Sumqayıt YAP-çıları Ulu Öndəri anıblar
  10 Dekabr 2018    Oxunub:2077
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin ulu öndərin qarşıdan gələn Anım gününə həsr olunmuş növbəti məşğələsi keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı böyük xidmətlərindən danışıb. Sonra Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Bu gün ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən böyük şövqlə anılır. Çünki onun bu xalqın, bu cəmiyyətin həyatındakı rolu misilsizdir" deyən Ramiz Hüseynov Heydər Əliyev şəxsiyyətinin ucalığını tədbir iştirakçılarına qürurla çatdırıb.

Daha sonra "Azərbaycan dövlətçiliyinin xilaskarı - Heydər Əliyev” mövzusunda məruzə ilə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının Şura üzvü, Sumqayıt şəhər 27 saylı məktəbin direktoru Valid Mustafayev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında Heyder Əliyev dühasının partiyanın sədri seçilməsi, 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildikdən sonra iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlaması, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi haqda tədbir iştirakçılarına danışıb.

Sonra Sumqayıt şəhər Təhsil şöbəsi, Metodiki kabinetin direktor əvəzi Gülbahar Haqverdiyeva "Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında xidmətləri", YAP Sumqayıt şəhər təşkilatının Şura üzvü, uşaq xəstəxanasının baş həkimi Müşfiq Məmmədli "Azərbaycan Səhiyyəsinin uğurları ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir" və ən nəhayət Heydər Əliyev Mərkəzi, ərazi ilk təşkilatının sədri Elmira İbadova "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda çıxışlar ediblər.



Teqlər: YAP   Heydər-Əliyev  





Xəbər lenti