Miqrasiya Xidməti ixtisasartırma kursu təşkil edib - FOTOLAR
Bildirilib ki, kurs DMX ilə DİA-nın sıx əməkdaşlığı çərçivəsində ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının miqrasiya sahəsində ixtisaslarının artırılması, peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə təşkil edilən tədbirlərin bir nümunəsidir. İxtisasartırma kursu respublikada miqrasiya sahəsinə aid islahatların aktual problemləri, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, beynəlxalq insan hüquqları konsepsiyası və digər məsələlərlə bağlı biliklərin sistemləşdirilməsinə, dinləyicilərə yeni biliklərin verilməsinə xidmət edir.
Qeyd edək ki, 4 gün davam edəcək kurslara Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatı, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən 30 əməkdaş cəlb edilib.
Azvision.az
Teqlər: DMX