Nazir Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

Nazir Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb
  13 Dekabr 2018    Oxunub:1676
Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barronu qəbul edib.
Azvision.az XİN-ə istinadən xəbər verir ki, görüş zamanı 14-15 dekabr tarixlərində Azərbaycanda keçiriləcək Gənc Parlamentarilərin V qlobal konfransının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Sözügedən tədbirlə bağlı təşkilatçılıq işlərinin cari vəziyyətindən məmnunluğunu bildirən Q.K.Barron qlobal konfransın yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Tərəflər bu konfransın Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə ümidvar olduqlarını vurğulayıblar.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: ElmarMəmmədyarov   XİN  





Xəbər lenti