“ASAN xidmət” işçiləri peşə bayramını qeyd edib - Fotolar

  28 Dekabr 2018    Oxunub : 1634
“ASAN xidmət” işçiləri peşə bayramını qeyd edib - Fotolar
29 dekabr - “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən xəbərə görə, ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.



Sonra Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.



Dövlət Agentliyində keçirilən tədbirdə Agentliyin sədri Ülvi Mehdiyev çıxış edərək əməkdaşları peşə bayramı günü münasibətilə təbrik edib. Sonda xidməti fəaliyyətində fərqlənən əməkdaşlara təşəkkürnamələr təqdim olunub.



Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə dekabrın 29-u Azərbaycan Respublikasında “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilir.





Azvision.az

Teqlər: ASAN-xidmət