Nəynən, Əliş? – KARİKATURA

   Nəynən, Əliş? –    KARİKATURA
  22 Yanvar 2019    Oxunub:15340
AXCP sədri Əli Kərimli 19 yanvar mitinqinin əvvəlkilərə nisbətən bir qədər izdihamlı alınmasından həvəsələnib və deyəsən, artıq özünü supermen hiss etməyə başlayıb. Buna görə də açıqlama verib ki, əgər növbəti mitinqə icazə verilməsə, icazəsiz aksiyalara gedə bilərlər.
Əgər sonuncu mitinq əvvəlkilərə nisbətən bir qədər izdihamlı alınıbsa, bu, əsla o demək deyil ki, vəssalam, daha ölkədə hakimiyyət zəiflədi, bundan sonra qanunu pozmaq olar. Bunu hamıdan yaxşı anlayan əslində elə Əli Kərimlinin özüdür.

Sadəcə olaraq, ona qanunsuz mitinq lazımdır ki, başqalarını qızışdırıb qabağa versin, kimlərsə tutulsun, o isə “siyasi məhbus” siyahısını genişləndirsin. Mehman Hüseynovun məsələsinin həllini tapması siyahını qısaldıb axı... Bu isə Kərimliyə qətiyyən sərf etmir.


Teqlər: Mitinq   Əli-Kərimli  





Xəbər lenti