İlham Əliyev “Microsoft”un vitse-prezidenti ilə görüşüb - Yenilənib
Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən informasiya texnologiyalarının inkişafına və dövlət xidmətlərinin genişləndirilməsinə göstərilən dəstək haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycanda qəbul olunmuş dövlət proqramlarında, iqtisadi və sosial həyatın bütün sahələrində informasiya texnologiyalarının tətbiqi genişlənməkdədir. İnformasiya texnologiyalarının tətbiqi həm də yeni iş yerlərinin yaranması ilə müşayiət olunur. Bu da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Süni intellekt dövrünə hazırlıq üçün Azərbaycan hökuməti də müvafiq tədbirlər həyata keçirir.
Söhbət zamanı bildirildi ki, “Microsoft”un Azərbaycandakı təmsilçiləri ilə aidiyyəti hökumət və biznes dairələri birlikdə bu məsələləri müzakirə etməli, layihələr hazırlamalıdır. Hər iki tərəfdən belə layihələrin inkişafı üçün müvafiq dəstəyin göstəriləcəyi qeyd olundu.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev Davos