Zoltan Hernyes: “Heç kim mükəmməl deyil”

Zoltan Hernyes:    “Heç kim mükəmməl deyil”
  23 Yanvar 2019    Oxunub:2698
"Azərbaycanda gender məsələləri ilə bağlı qanunvericiliyin dəyişdirilməsinə dair müəyyən təkliflər var"
Azvision.az xəbər verir ki, bunu Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes deyib. O, ümid edir ki, "Azərbaycanda gender bərabərliyi media azadlığı" layihəsinin nəticələri tövsiyyə kimi qalmayacaq, real qanunvericilik təcrübəsində öz əksini tapacaq.

"Bu haqda danışmaq tezdir. Amma dövlət qurumlarının, vətəndaş cəmiyyətlərinin layihəyə dəstəyi göstərir ki, Azərbaycanda bu məsələyə yetərincə diqqət verilir və gender bərabərliyi məsələsində gələcəkdə irəliləyişlərə nail olunacaq".

Z.Hernyes qeyd edib ki, əksər Avropa ölkələrində gender bərabərliyi yoxdur: "Gender bərabərliyinə Avropa məkanında bir neçə ölkədə müvəffəq olunub. Bu istiqamətdə bir çox addımlar atılır, ictimai mübarizə aparılır. Azərbaycan da istisna deyil. Deyə bilmərik ki, gender bərabərliyi sahəsində oturuşmuş Avropa modeli var və Azərbaycan onu tətbiq etməlidir. Bütün Avropa ölkələrində bu sahədə müzakirələr, ictimai mübarizə gedir. Heç kim mükəmməl deyil. Ümumi axında Azərbaycan da öz töhfəsini verir və bu məsələ ölkədə diqqət mərkəzindədir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Zoltan-Hernyes  





Xəbər lenti