Ötən il 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

  Ötən il 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib
  24 Yanvar 2019    Oxunub:1932
2018-ci ildə müxtəlif xətalar törətdiklərinə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 3 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.
Azvision.az -ın məlumatına görə, bu barədə Bakı şəhər Prokurorluğunda keçirilən müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib.

Tələb edilib ki, şəhər prokurorluğunun bütün struktur qurumlarında xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.


Azvision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti