İntizam komissiyasının yeni üzvləri məlum oldu - Adlar

  25 Yanvar 2019    Oxunub : 787
 İntizam komissiyasının yeni üzvləri məlum oldu - Adlar
Milli Məclisin İntizam komissiyasının yeni tərkibi müəyyənləşib.
Azvision.az xəbər verir ki, komissiyanın tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli daxil edilib.

Kamran Nəbizadə komissiyanın tərkibindən çıxarılıb.

Yeni tərkibin parlamentin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında təsdiq ediləcəyi gözlənilir.

Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: MM   Komissiya   İntizam