“Sarı jiletlilər”in lideri saxlanıldı

  27 Yanvar 2019    Oxunub : 1152
 “Sarı jiletlilər”in lideri saxlanıldı
Fransada "sarı jiletlilər" hərəkatının liderlərindən olan Maksim Nikol polis tərəfindən saxlanılıb.
Azvision.az xəbər verir ki, buna səbəb kimi Nikolun Bordo şəhərində keçirilən aksiyalar zamanı polisin xəbərdarlığına məhəl qoymayaraq insanları etiraza davam etdirməyə çağırması göstərilir.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir.

Azvision.az

Teqlər: Fransa   Etiraz   Sarı-jiletlilər