Gəncənin icra başçısı Taner Bozkuşu qəbul edib

Gəncənin icra başçısı Taner Bozkuşu qəbul edib
  07 Fevral 2019    Oxunub:2725
Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin(UBİKS) rəhbəri Taner Bozkuş Gəncədə işgüzar səfərdə olub.
Azvision.az xəbər verir ki, Taner Bozkuş səfər çərcivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüşüb. Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvi Naqif Həmzəyevin də iştirak etdiyi görüşdə hər iki qardaş ölkənin uğurla davam edən qarşılıqlı əlaqələrindən söhbət açılıb.

Taner Bozkuş gündən-günə müasirləşən, gəncləşən qədim Gəncə şəhərinin 2019-cu ilin Avropa İdman Şəhəri seçilməsini yüksək dəyərləndirib. Görüşdə 18- 22 iyun tarixlərində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə UBİKS-nin Beynəlxalq Elm, Mədəniyyət və İdman Konfransının Gəncədə keçirilməsi ətrafında geniş müzakirələr aparılıb.

Azvision.az



Teqlər: Gəncə  





Xəbər lenti