Tarif Şurası ləğv olunmayıb - RƏSMİ

 Tarif Şurası ləğv olunmayıb -    RƏSMİ
  18 Fevral 2019    Oxunub:3796
Azərbaycanda Tarif Şurası ləğv olunmayıb.
Azvision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib. Nazir bildirib ki, Prezidentin sərəncamı ilə Tarif Şurasının katibliyində dəyişiklik ediləcək.

"Bu, o demək deyil ki, Tarif Şurası ləğv olunacaq, tariflər tənzimlənməyəcək və s. Tarif Şurası fəaliyyət göstərir. Dövlət tərəfindən müəyyən edilən xidmətlərin dəyəri tənzimlənəcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Tarif-Şurası  





Xəbər lenti