İki deputat komitə üzvlüyündən çıxarıldı

 İki deputat komitə üzvlüyündən çıxarıldı
  19 Fevral 2019    Oxunub:3038
Milli Məclisin deputatları Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarılıblar.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı məsələyə baxılıb.

Komitə üzvlüyünə 3 deputatın - Rəşad Mahmudov, Elşən Musayev və Cavid Osmanovun namizədliyi irəli sürülüb. Bu deputatların namizədliyi səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti