“Prezidentin atdığı addımları öz adlarına çıxırlar” - Siyavuş Novruzov
"Prezident İlham Əliyev ötən il keçirilən prezident seçkilərində bəyan etmişdi ki, islahatlar həyata keçiriləcək. Bu işlər mərhələli şəkildə aparılır. Bu artımlar göydən düşmür ki? Biz ötən il 2019-cu ilin dövlət büdcəsini müzakirə edən zaman bunlar nəzərə alınmışdı. Müxalifət yanvarda mitinq keçirdi, artımların olması isə ötən ilin noyabrında nəzərdə tutulmuşdu. Bunlar büdcə sənədində əkisini tapmışdı, büdcənin icrası fevraldan həyata keçirilir. Nə qədər düşüncəsizdirlər ki, insanları ərtaflarına yığmaq, sosial baza forlamalaşdırmaq üçün ölkə başçısının atdığı addımları öz adlarına çıxırlar. Bu, onların naşılığıdır. Vaxtilə onlar büdcəyə süpürgə çəkirdilər, talamaqla məşğul idilər. Bu gün ölkənin büdcəsi xalqın maraqlarına xidmət edir”, - deyə S.Novruzov çıxışında vurğulayıb.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: