“Türkiyə Azərbaycanın inkişafından qürur duyur” - Əli Əhmədov

  19 Fevral 2019    Oxunub : 1093
 “Türkiyə Azərbaycanın inkişafından qürur duyur” - Əli Əhmədov
"Türkiyə və Azərbaycanın birgə iqtisadi layihələri iki ölkənin qardaşlığını daha da gücləndirir"

Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvləri ilə görüşündə deyib.
Ə.Əhmədov bildirib ki, Türkiyə Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir: "Türkiyədən gələn hər bir qonaq Azərbaycan üçün əzizdir. Eyni hissləri biz Türkiyə gedəndə yaşayırıq".

Baş nazirin müavini qeyd edib ki, hazırda Türkiyə dünyanın ən güclü ölkələrindən birinə çevrilib: "Türkiyə gələcəyi parlaq olan ölkələrdən biridir: Biz bundan qürur duyuruq. Türkiyə ilə yanaşı Azərbaycan da güclənir. Bu iki ölkənin gücü onların möhtəşəmliyini daha da artırır. Güman edirəm ki, Türkiyə də Azərbaycanın inkişafından qürur duyur. Bu iki ölkənin qardaşlıq əlaqələrinin qarşısını almaq mümkün olmayacaq".







Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Əli-Əhmədov