Xəzərlə bağlı saziş layihəsinin bəzi müddəaları razılaşdırıldı
Tərəflər Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupu üçün Prosedur qaydalarını qəbul ediblər.
Tərəflər Beşinci Xəzər sammitinin nəticələrinə dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə fikir mübadiləsini aparıblar, Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərini nəzərdən keçiriblər, eləcə də imzalanmış sazişlər üzrə dövlətdaxili proseduraların yerinə yetirilməsi, o cümlədən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesi barədə məlumat veriblər.
Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsinin metodikası üzrə Saziş layihəsinin müddəaları müzakirə olunub, layihənin bir sıra müddəaları razılaşdırılıb. Bu sənədin müzakirəsi davam etdiriləcək.
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclası 2019-cu ilin aprelində Qazaxıstan Respublikasında keçiriləcəkdir.
Azvision.az
Teqlər: XİN